Formula 1 Portuqaliya Qran-Prisinin tarixi təsdiqlənib
Beynəlxalq Avtomobil Federasiyası (FIA) Formula 1 Portuqaliya Qran-Prisinin tarixini təsdiqləyib.

Yarışın mayın 2-də keçiriləcəyi qərara alınıb. Belə ki, FIA-nın Formula 1 komissiyasının iclasından sonra verdiyi açıqlamada qeyd edilən tarixdə yürüşün Portuqaliyanın Portimao avtodromunda baş tutacağı bildirilib.

Qeyd edək ki, Azərbaycan Qran-Prisi iyunun 4-6-da baş tutacaq.

Xəbər 378 dəfə oxundu.