“Qalatasaray” klubu “Əl-Nəsr”i FIFA-ya şikayət edib
İstanbulun “Qalatasaray” klubu FIFA-ya rəsmi şikayət ünvanlayıb.

İstanbul təmsilçisi bu addımı Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun borcunu vaxtında ödəmədiyi üçün atıb.

“Qalatasaray” ötən ilin yayında braziliyalı müdafiəçisi Maykonu 1 milyon 430 min avroya “Ən-Nəsr”ə satsa da, ərəblər bu pulu hələ ödəməyiblər.

İstanbul klubunun rəsmi şikayətindən sonra FIFA “Ən-Nəsr”ə borcun ödənilməsi üçün vaxt qoyub.

Həmçinin Maykon özü də maaşını ala bilmədiyi üçün müqaviləsinə xitam verməyi planlaşdırır.

Xəbər 384 dəfə oxundu.