Millimizin rəqibinin yeni baş məşqçisi müəyyənləşib
Avropa çempionatının seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan 21 yaşadək futbolçularda ibarət Estoniya yığmasının yeni baş məşqçisi müəyyənləşib.

Estoniya Futbol Assosiasiyası bu posta ukraynalı mütəxəssis Roman Kojuxovskini təyin edib.

Uzun müddətdir Estoniyada çalışan və hazırda “Kuressare” klubunun baş məşqçisi olan 42 yaşlı R.Kojuxovski hər iki işi eyni anda davam etdirəcək. Mütəxəssisin assosiasiya ilə müqavilə müddəti 2 il nəzərdə tutulub.

Qeyd edək ki, Estoniya yığması seçmə mərhələdə Azərbaycanla yanaşı, Xorvatiya, Avstriya, Norveç və Finlandiya ilə mübarizə aparacaq.

Xəbər 393 dəfə oxundu.