“Australian Open” tamaşaçısız keçiriləcək
Avstraliyanın Viktoriya ştatında keçirilən açıq tennis turniri (“Australian Open”) sərt karantin tədbirləri səbəbindən dayandırılmayacaq.

Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilib ki, görüşlər tamaşaçısız keçiriləcək.

Avstraliyanın Viktoriya əyalətinin səlahiyyətli nümayəndələri bölgənin inzibati mərkəzi Melburnda koronavirus infeksiyasına görə beş günlük karantin tətbiq olunduğunu elan ediblər (13-18 fevral). Turnirin oyunları bu şəhərdə keçirilir.

Beş günlük karantin rejimindən əvvəl turnirdə məhdud sayda tamaşaçının iştirakına icazə verilmişdi.

“Australian Open” fevralın 21-də başa çatacaq.

Xəbər 462 dəfə oxundu.