Millimizin sabiq üzvü karyerasını Qazaxıstanda davam etdirəcək
On səkkiz yaşadək futbolçulardan ibarət millimizin sabiq üzvü David Qarayev karyerasını Qazaxıstanda davam etdirəcək.

25 yaşlı hücumçu “Kaspi”yə keçib. Son olaraq Rusiyanın “Ural” klubunda çıxış edən D.Qarayev Türkiyədə təlim-məşq toplanışında olan yeni komandasına qoşulub.

Qeyd edək ki, Moskva “Spartak”ının yetirməsi olan D.Qarayev 2013-cü ildə 18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisində çıxış edib və 5 oyunda meydana çıxıb.

Xəbər 384 dəfə oxundu.