Uşaq Paralimpiya Hərəkatının “Valideyn Klubu” üçün təqdimat olub
Azərbaycan Milli Paralimpiya Komitəsində (AMPK) “İstanbul Ortopedi Medikal Sağlıq Ürünləri İmalat və Satışı” MMC-nin təsisçisi, iş adamı, protez-ortez üzrə ali dərəcəli mütəxəssis Davud Kahramanın iştirakı ilə Uşaq Paralimpiya Hərəkatının “Valideyn Klubu” üçün təqdimat olub.

Təqdimatda fiziki məhdudiyyətli idmançıların istifadəsi üçün nəzərdə tutulmuş ortopedik məmulatlar, protezlər, avadanlıqlar və reabilitasiya ləvazimatları nümayiş edilib.

Görüşə AMPK-nın tibb mütəxəssisi Saday Abdullayev, “Valideyn Klubu”nun koordinatoru Ülkər Əlizadə və idmançıların valideynləri qatılıblar.

Təqdimatdan sonra valideynlərə və qonaqlara AMPK-nın 25 illik yubileyinə həsr olunmuş “Yenilməzlər” adlı roman təqdim edilib.

Xəbər 435 dəfə oxundu.