“Səbail” klubu “Zəfər” kubokunun qalibi olub
Ölkəmizin şanlı qələbəsi ilə yekunlaşmış 44 günlük Vətən müharibəsinə həsr olunan, həmrəylik devizi ilə keçirilən “Zəfər” kuboku turnirinə yekun vurulub.

AFFA, Peşəkar Futbol Liqası və Premyer Liqa klublarının əməkdaşları arasında təşkil olunan turnirin yarımfinal qarşılaşmalarında “Səbail” “Keşlə”ni 3:1, “Qəbələ” isə “Sabah” komandasını 2:1 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.

Vətən müharibəsi iştirakçısı Kamal Umudlunun idarə etdiyi final qarşılaşmasının əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Penalti seriyasını daha dəqiq yerinə yetirən “Səbail” “Zəfər” kuboku turnirinin qalibi olub.

Oyundan sonra mükafatlandırma mərasimi təşkil olunub. AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov qalib komandaya kubok təqdim edib.

Xəbər 414 dəfə oxundu.