FIDE bu il də veteran şahmatçılara illik maliyyə dəstəyi göstərəcək
Beynəlxalq Şahmat Federasiyası (FIDE) bu il də veteran şahmatçılara illik maliyyə dəstəyi göstərəcək.

Bu barədə FIDE-nin rəsmi saytında məlumat verilib.

Məlumatda bildirilir ki, vəsait şahmatın inkişafında böyük əməyi olan, lakin hazırda maliyyə vəziyyəti sabit olmayan və yaşı 65-dən yuxarı şahmatçılar, məşqçilər və mütəxəssislər üçün nəzərdə tutulub. Bu il üçün veteran şahmatçılara göstəriləcək maliyyə vəsaitinin miqdarı hələ müəyyənləşməyib.

Ötən il bu məqsədlə 56 min avro vəsait ayrılmışdı.

Xəbər 419 dəfə oxundu.