“Qarabağ”ın üzvünə Kipr klubundan təklif gəlib
Ağdamın “Qarabağ” klubunun aparıcı futbolçusu Xayme Romero komandadan ayrıla bilər.

Futbolçuya Kiprin “Apollon” klubundan təklif gəlib. Növbəti mövsüm Çempionlar Liqasında oynamağı hədəfləyən komanda mövsümün sonunda ispaniyalı futbolçunu transfer üçün danışıqlara başlayacaq.

Qeyd edək ki, “Apollon” bir müddət əvvəl Ağdam klubundan ayrılan Donald Geryeni heyətinə qatıb.

Xəbər 392 dəfə oxundu.