Kanada Formula üzrə sprint yarışına ev sahibliyi etməyə hazırdır
Formula 1 Kanada Qran-Prisi təcrübə olaraq sprint yarışını keçirməyə hazırdır.

Bu barədə Qran-Prinin promouteri Fransua Dyumontye məlumat verib.

O qeyd edib ki, əgər qərar verilərsə, şənbə günü keçiriləcək yürüşlə start düzülüşünü müəyyən edəcək bir saatlıq sprint yarışı baş tutacaq. Bu barədə danışıqlar aparırıq. Əlbəttə, Kanada Qran-Prisinin bu il baş tutması şərti ilə bu yarışı keçirə bilərik.

Formula 1 komissiyasının qarşıdakı mövsümün üç mərhələsində - Kanada, Monza və İnterlaqosda sprint yarışının təşkili ilə bağlı səsvermə fevralın 11-də videokonfrans vasitəsilə keçiriləcək.

Xəbər 392 dəfə oxundu.