Azərbaycan futbolçusu Emil Balayev karyerasını İspaniyada davam etdirə bilər
Ağdamın “Qarabağ” klubunun qapıçısı Emil Balayev yenidən legioner həyatı yaşaya bilər.

Azərbaycan millisinin qolkiperi İspaniyadan təklif alıb.

Ağdam klubunda əsas heyətə düşə bilməyən 27 yaşlı oyunçunun qış fasiləsində transferi reallaşmayıb. Bu səbəbdən E.Balayevlə “Luqo” rəhbərliyi danışıqları mövsümün sonunda davam etdirmək qərarına gəlib. Ancaq onun “Qarabağ”la müqavilə müddəti 2022-ci ilin yayınadək olduğundan, Ağdam təmsilçisinin də keçidə razılığını almaq lazım gələcək.

Xəbər 402 dəfə oxundu.