Yığmamızın üzvü Emre Kaplan Azərbaycan klublarından birinə keçə bilər
İyirmi bir yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Emre Kaplan Azərbaycan klublarından birinə keçə bilər.

20 yaşlı müdafiəçi əsas millimizə cəlb olunması üçün bu addımı atmaq niyyətindədir. Hazırda çıxış etdiyi Türkiyə ikinci divizion təmsilçisi “Bodrumspor”un heyətində oynamaqla millimizə düşmək perspektivinin olmadığını düşünən futbolçu yerli klublardan biri ilə artıq danışıqlara başlayıb.

Xəbər 400 dəfə oxundu.