“Zəfər” kuboku turnirinin yarımfinalçıları müəyyənləşib
AFFA-nın təşkilatçılığı ilə AFFA, Peşəkar Futbol Liqası (PFL) və Premyer Liqa klublarının əməkdaşları arasında təşkil olunan “Zəfər” kuboku turnirində yarımfinalçılar məlum olub.

Ölkəmizin şanlı qələbəsi ilə yekunlaşmış 44 günlük Vətən müharibəsinə həsr olunmuş, həmrəylik devizi ilə keçirilən turnirin ilkin mərhələsində “Sabah” AFFA-nı 7:4, “Səbail” isə “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edib.

Dörddəbir finalda isə “Keşlə” PFL-ə 2:1,

“Qəbələ” “Neftçi”yə 6:1, “Səbail” “Zirə”yə 2:0,

“Sabah” isə “Qarabağ”a 3:2 hesabı ilə qalib gəlib.

Yarımfinalda “Səbail”-“Keşlə” və “Sabah”-“Qəbələ” oyunları keçiriləcək.

Xəbər 420 dəfə oxundu.