Millimizin Bakıda təlim-məşq toplanışı başlayıb
Fevralın 11-də futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının Bakıda təlim-məşq toplanışı başlayıb.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, millinin hazırlıq prosesində Rabiyə Mustafazadə (“Xırdalan Siti”), Həcər Məmmədova (“Marxal”), Günel Muradova (UGİM Qax), Nailə Əliyeva, Aytac Mirzəyeva (hər ikisi “Amasiya”), Fatimeyi-Zəhra Hüseynli (“Balxurma”), Günay Azayeva (8-RİOEUGİM), Müjgan

Seyidova (“Balxurma”), Aydan Həsənova (“Neftçi”), Şəkər Piriyeva (“Gömrükçü”), Lalə Abbaszadə (“Amasiya”), Lamiyə Adimova (UGİM Qax), Mələk Hacıyeva (8-RİOEUGİM), İntizar Haqverdiyeva (“Amasiya”), Çinarə Mürsəlova (UGİM Naftalan), Pərişan Abdullayeva (“Marxal”), Ayişən Rüstəmova (“Fidan”), Səma Həsənli, Tamara Papiaşvili (hər ikisi UGİM Qax), Fatimə Əhmədova (“Amasiya”), Aysu Murtuzayeva (“Neftçi”), Fatimə Məhərrəmli, Nurlanə Cabbarova (hər ikisi “Gömrükçü”), Adilə Gözəlova (“Amasiya”) və Şəhanə Hümbətova (8-RİOEUGİM) iştirak edirlər.

Təlim-məşq toplanışına fevralın 19-da yekun vurulacaq.

Xəbər 427 dəfə oxundu.