“Qalatasaray” doğma meydanda “Alanyaspor”a məğlub olaraq Türkiyə kuboku uğrunda mübarizəni dayandırıb | |
Fevralın 10-da futbol üzrə Türkiyə kubokunun dörddəbir final mərhələsində "Qalatasaray" doğma divarlar arasında "Alanyaspor"u qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə qonaq komanda meydan sahiblərini 2:3 hesabı ilə məğlub edib. Alanya təmsilçisinin qollarını Kouma Babakar (30, 48) və Salih Uçan (41) vurub. İstanbul klubunun heyətində isə Mustafa Məhəmməd (83) və Gedson Fernandes (90+4) fərqləniblər. Dörddəbir final mərhələsinin digər oyunlarında "Sivasspor" - "Antalyaspor" və "Konyaspor" - "Beşiktaş" klubları üz-üzə gələcəklər. |
|
Xəbər 363 dəfə oxundu. |
|
|