Formula 1 Portuqaliya Qran-Prisi dünya çempionatının üçüncü mərhələsi olacaq
Formula 1 Portuqaliya Qran-Prisi dünya çempionatının 2021-ci il mövsümü üzrə üçüncü mərhələsi olacaq.

Bu barədə “Autosport.pt” portalı məlumat yayıb.

Məlumatda bildirilir ki, yarış aprelin 30-dan mayın 2-dək keçiriləcək. Daha əvvəl Portuqaliyada pandemiyanın yayılması səbəbindən Qran-Prinin ləğv edilmək üzrə olduğu bildirilmişdi.

Qeyd edək ki, Azərbaycan Qran-Prisi iyunun 4-6-da baş tutacaq.

Xəbər 397 dəfə oxundu.