Azərbaycanlı idmançı Qırğızıstanda qaydasız döyüş üzrə beynəlxalq yarışın qalibi olub
Azərbaycanlı idmançı Tünzalə İmanlı Qırğızıstanın Oş şəhərində keçirilən qaydasız döyüş üzrə beynəlxalq turnirdə “super kəmər”in sahibi olub.

Həmyerlimiz 55 kiloqram çəki dərəcəsində yarışda bütün rəqiblərini məğlub edərək qalib adını qazanıb. İdmançı bu Qələbəsini ikinci Vətən müharibəsində şəhid olan Vətən oğullarının xatirəsinə həsr etdiyini bildirib.

Rusiyanın Novosibirsk şəhərində yaşayan T.İmanlı yarışlarda Azərbaycan bayrağı altında çıxış edir.

Qeyd edək ki, uşaqlar və böyüklər arasında keçirilən yarışa 700-dən artıq idmançı qatılıb.

Xəbər 395 dəfə oxundu.