“Ankaragücü” klubunun yeni baş məşqçisi müəyyənləşib
Türkiyənin “Ankaragücü” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Komandanı bundan sonra Hikmət Karaman çalışdıracaq. Altmış bir yaşlı mütəxəssis yeni komandası ilə il yarımlıq sazişə qol çəkib.

Qeyd edək ki, H.Karaman məşqçilik karyerası ərzində 3 dəfə “Ankaragücü”yə baş məşqçi təyin olunub. O, son komandası “Yeni Malatyaspor”dan ötən ilin yayında ayrılıb.

Xəbər 405 dəfə oxundu.