“Titled Tuesday Blitz” Qran-Prisinin növbəti mərhələsinin qalibi rusiyalı şahmatçı olub
Şahmat üzrə “Titled Tuesday Blitz” Qran-Prisinin növbəti yarışı keçirilib.

Azərbaycan şahmatçılarının da iştirak etdiyi yarışın qalibi 11 turdan 10 xal toplayan rusiyalı Pyotr Svidler olub. Ondan yarım xal geridə qalan serbiyalı Aleksandar İndiç və niderlandlı Liam Vrolijk ikinci və üçüncü yerləri tutublar.

Qeyd edək ki, yarışda iştirak edən şahmatçılarımız - Şəhriyar Məmmədyarov, Abdulla Qədimbəyli, Murad İbrahimli 8 xal, Vüqar Manafov isə 7 xal toplayıblar.

Turnirdə 700-dən çox şahmatçı iştirak edib.

Xəbər 390 dəfə oxundu.