Yeniyetmə qızlarımızdan 4 medal
Polşanın Katovitse şəhərində keçirilən yeniyetmə güləşçilərin Avropa çempionatında qızların mübarizəsinə yekun vurulub. Güləş Federasiyasından idman.com.az saytına verilən məlumata görə, birinciliyi Azərbaycan yığması 4 medalla başa vurub.

Belə ki, 52 kq çəki dərəcəsində çıxış edən Almaz İsmayılova Böyük Britaniya, Almaniya və Polşalı rəqibləri üzərində qələbə qazanaraq finala çıxıb, amma həlledici qarşılaşmada Rusiya güləşçisinə uduzaraq gümüşlə kifayətlənib.

65 kq çəki dərəcəsində çıxış edən Raqnetta Qurbanzadə Ukrayna, İsveç və Rusiya güləşçilərini məğlub edərək finala çıxıb, amma həlledici görüşdə Bolqarıstanlı rəqibinə uduzaraq qitə çempioantını gümüş medalla bitirib. Sahilə Ələkbərova (40 kq) və Arzu Əliyeva (46 kq) isə 3-cü yeri tutublar. 56 kq çəkidə mübarizə aparan Alyona Kolesnik isə 5-ci yerə çıxıb.

Komanda hesabında 45 xal toplayan yığmamız 5-ci olub. İlk dördlükdə Rusiya (90 xal), Ukrayna (75 xal), Polşa (50 xal) və Türkiyə (48 xal) qərarlaşıb.

Xəbər 1024 dəfə oxundu.