“Şkendiya”-“Qəbələ” oyununun vaxtı dəqiqləşib
“Qəbələ”nin UEFA Gənclər Liqasının 1/32 final mərhələsində keçirəcəyi oyunun vaxtı dəqiqləşib.

Çempionlar yolunda mübarizə aparan “qırmızı-qaralar”ın Şimali Makedoniyanın “Şkendiya” klubu ilə qarşılaşması martın 4-də baş tutacaq.

Matç Bakı vaxtı ilə saat 16:30-da start götürəcək. Qarşılaşma Şimali Makedoniya Futbol Federasiyasının Təlim-Məşq Mərkəzində keçiriləcək.

Xəbər 428 dəfə oxundu.