Azərbaycan millisinin üzvü Fransa klubunda çıxış edəcək
Azərbaycan milli komandasının üzvü Eduardo Borges klubunu dəyişib.

Azsport.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, ötən ilin yayında Belçikanın “Halle Gooik” klubu ilə müqavilə imzalayan müdafiəçi bu dəfə icarə əsasında Fransanın ACCES komandasında çıxış edəcək. Anlaşma may ayınadək nəzərdə tutulub.

Transferi ilə bağlı Borges deyib:

“Bu həftə ACCES-lə anlaşdım. Müqavilə 4 ay üçün nəzərdə tutulub və köhnə-yeni komandamda icarə əsasında çıxış edəcəyəm. Çünki “Halle Cooik”lə 1 illik anlaşmam var. Sadəcə, Belçikada çempionat başa çatdığına görə, bu addımı atdım. Formada qalmaq, Azərbaycan millisinə kömək etmək üçün bunu etməli idim. Həm də ACCES mənə yad klub deyil. Elə Belçikaya gedənədək də bu komandanın üzvü idim”.

Xəbər 345 dəfə oxundu.