“Neftçi” klubu bolqarıstanlı hücumçu ilə müqavilə imzalayıb
Bakının “Neftçi” klubu hücumçu transferini rəsmiləşdirib.

Bolqarıstanlı futbolçu Ahmed Ahmedovla mövsümün sonunadək müqavilə imzalanıb.

Bolqarıstanın ÇSKA (Sofiya) klubuna məxsus olan 25 yaşlı futbolçu icarə əsasında Bakı təmsilçisinin heyətində çıxış edəcək.

A.Ahmedov Bolqarıstanın “Çernomorets”, “Neftoximik”, “Pomorie” və “Dunav Ruse” klublarında forma geyinib.

Xəbər 397 dəfə oxundu.