Millimizin oyunu ilə bağlı UEFA-dan AFFA-ya təsdiq məktubu gəlib
2022-ci ildə keçiriləcək dünya çempionatına hazırlıq məqsədilə Qətər millisi UEFA tərəfindən dəvət olunub və seçmə mərhələdə millimizin yer aldığı “A” qrupunda çıxış edəcək.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, martın 27-də keçiriləcək Qətər–Azərbaycan oyununun Avstriyanın Vyana şəhərində təşkil olunacağı ilə bağlı fevralın 10-da UEFA tərəfindən AFFA-ya rəsmi məktub daxil olub.

Qarşılaşma yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 21:00) başlayacaq.

Xəbər 420 dəfə oxundu.