Səudiyyə Ərəbistanında ilk dəfə keçiriləcək F1 yarışlarının geri sayım saatı işə salınıb
Səudiyyə Ərəbistanının tarixində ilk dəfə krallığın Ciddə şəhəri Formula 1 yarışlarına ev sahibliyi edəcək. Bu münasibətlə yürüşün start götürəcəyi Ciddə şəhərinin mərkəzi küçəsinin girişində mərasim keçirilib.

Səudiyyə Ərəbistanının Avtomobil və Motosiklet İdmanı Federasiyasının prezidenti, şahzadə Xalid bin Sultan Əl-Faysal avtotrasın önündə F1 Səudiyyə Ərəbistanı Qran-Prisinin start götürəcəyi vaxtı göstərən geri sayım saatını işə salıb. O bildirib ki, bu gündən etibarən mötəbər yarışlara hazırlıq üzrə işlərə də start verilir.

F1 Səudiyyə Ərəbistanı Qran-Prisi dekabrın 3-5-də keçiriləcək. Yürüş Qırmızı dənizin sahilində yerləşən 30 kilometrlik şəhər trasında təşkil ediləcək.

Xəbər 385 dəfə oxundu.