“Keşlə” klubu heyətini daha bir futbolçu ilə gücləndirib
Bakının “Keşlə” klubu heyətini daha bir futbolçu ilə gücləndirib.

Paytaxt təmsilçisi müdafiəçi Elvin Yunuszadə ilə mövsümün sonunadək müqavilə imzalayıb.

İyirmi səkkiz yaşlı oyunçu bunadək “Neftçi”, “Qarabağ”, “Sabah” və “Səbail”, həmçinin Bosniya və Herseqovinanın “Çelik” və Şimali Makedoniyanın “Şkupi” klublarında çıxış edib.

E.Yunuszadə Azərbaycan milli komandasının heyətində 3 dəfə meydana çıxıb.

Xəbər 395 dəfə oxundu.