Könüllülərlə “İdmanın dünəni və bu günü” mövzusunda onlayn görüş keçirilib
Fevralın 9-da “İdmanın dünəni və bu günü” adlı onlayn görüş keçirilib.

Babalar və Nənələr Gününə həsr edilmiş tədbirdə cüdo bölməsinin müəllimi, Əməkdar idman xadimi Bəxtiyar Məmmədov və yunan-Roma güləşi üzrə məşqçi Tariyel Məmmədov könüllülərlə görüşüblər.

“Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin sədri Miraqil Seyidzadə qonaqları təbrik edərək idmanın inkişafında veteran idmançıların rolundan bəhs edib.

Veteran idmançılar Bəxtiyar Məmmədov və Tarıyel Məmmədov tədbir iştirakçılarına idmana gəlişlərindən, məşqçi kimi qazandıqları uğurlardan, təcrübələrindən danışıblar. Onlar məşqçi kimi gördükləri işin çətinliklərindən və öhdəliklərindən danışaraq, Azərbaycan bayrağını idman arenalarında da ucaltmaq üçün daim səy göstərəcəklərini bildiriblər.

Sonra veteran idmançılar gənclərin suallarını cavablandırıb və tövsiyələrini veriblər.

Xəbər 485 dəfə oxundu.