Olimpiadaya dəyişməz heyətlə
İstanbulda keçiriləcək şahmat olimpiadası üçün Azərbaycan millilərinin ilkin heyəti məlum olub. İdman.com.az saytının məlumatına görə, Aleksandr Tukmakovun rəhbərlik etdiyi kişilərdən ibarət yığmaya Teymur Rəcəbov, Vüqar Həşimov, Şəhriyar Məmmədyarov, Eltac Cəfərli və Qədir Hüseynov çağrılıblar. Lakin ukraynalı olimpiya çempionunun heyətdə son anda dəyişiklik etməsi istisna olunmur.

Qadınlardan ibarət komandamızın kapitanı Fikrət Sideyfzadə isə milliyə Zeynəb və Türkan Məmmədyarova bacılarını, Gülnar Məmmədova, Xəyalə İsgəndərova və Nərgiz Umudovanı dəvət edib.
Qeyd edək ki, olimpiada avqustun 28-də start götürəcək və sentyabrın 9-da başa çatacaq.

Xəbər 1049 dəfə oxundu.