“Keşlə” klubu Moldova millisinin futbolçusunu heyətinə qatıb
Bakının “Keşlə” komandası Moldova millisinin futbolçusu Yevgeni Koçuku heyətinə qatıb.

27 yaşlı yarımmüdafiəçi ilə cari mövsümün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, Y.Koçuk bundan əvvəl Moldovanın “Daçia”, Slovakiyanın “Jilina”, Azərbaycanın “Səbail” və “Sabah” klublarında çıxış edib. O, yığmada 25 oyun keçirib.

Xəbər 311 dəfə oxundu.