Ukrayna klubunun üzvü millimizdə oynayacaq
AFFA-nın milliləşdirmək istədiyi futbolçulardan biri Ukraynanın “Minay” klubunun üzvü Rüstəm Əhmədzadə yığma komandamızda oynamağa razılıq verib.

Bu barədə futbolçunun özü məlumat verib. Onun sözlərinə görə, yığmamızın baş məşqçisi Canni de Byazi tərəfindən də bəyənilən futbolçunun ölkəmizin əsas komandasında oynaması üçün sənədləşmə işləri artıq başlayıb.

R.Əhmədzadə komanda yoldaşı Anatoli Nuriyevə gəlincə isə bu futbolçunun da oyunu italiyalı məşqçimizin xoşuna gəlib. Ancaq onun millimizdə oynaması ilə bağlı hələ tam razılıq əldə olunmayıb.

Xatırladaq ki, bir neçə gün əvvəl millimizin baş məşqçisi Canni de Byazi AFFA rəsmiləri ilə birlikdə adı çəkilən futbolçuların oyununu izləmək üçün Antalyaya getmişdi.

Xəbər 404 dəfə oxundu.