“Neftçi”nin legioneri Azərbaycana qayıdıb
Sənəd problemi səbəbi ilə uzun müddətdir “Neftçi”nin düşərgəsinə qoşula bilməyən nigeriyalı legioner Yusuf Laval artıq Bakıdadır.

Yarımmüdafiəçi Azərbaycan kubokunun dörddəbir final mərhələsinin “Zirə” ilə səfər matçında iştirak etməyib. O, Premyer Liqanın üçüncü dövrəsinin startında “Qarabağ”la növbəti həftəsonu keçiriləcək görüşün hazırlığına qatılacaq.

Xatırladaq ki, futbolçunun yeni pasport alması yubandığına görə ölkəmizə qayıda bilməyərək, qış hazırlığını buraxmalı olmuşdu.

Xəbər 415 dəfə oxundu.