Canluka Petekof karyerasını Formula 2-də davam etdirəcək
“Ferrari” Akademiyasının üzvü Canluka Petekof karyerasını Formula 2-də davam etdirəcək.

Braziliyalı pilot “Campos” komandası ilə müqavilə imzalayıb.

Pilot ötən mövsüm Formula Regional yarışının qalibi olub.

C.Petekof yeni mövsümdə Ralf Boşunq ilə “Campos”un uğurları üçün çalışacaqlar.

Qeyd edək ki, cari mövsüm Formula 2 yarışı 8 mərhələdən ibarət olacaq. Yarışa martın 26-28-də Sahir trasında baş tutacaq Bəhreyn Qran-Prisi ilə start veriləcək. Mövsümə dekabrın 3-5-də "Yas Marina" avtodromunda keçiriləcək Əbu-Dabi mərhələsi ilə yekun vurulacaq. Mövsümün üçüncü yarışına Bakı şəhər halqası ev sahibliyi edəcək. Azərbaycan Qran-Prisi iyunun 4-6-na təsadüf edəcək.

Xəbər 524 dəfə oxundu.