AFFA rəhbərliyi ilə FIFA prezidenti arasında görüş olub
AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezidenti Elşad Nəsirov və icraçı vitse-prezidenti Elxan Məmmədov Qətərin paytaxtı Dohada FIFA prezidenti Cianni İnfantino ilə görüşüblər.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, görüşdə pandemiya dövründə futbol yarışlarının davam etdirilməsi mövzusunda fikir mübadiləsi aparılıb. Mövcud vəziyyətin müxtəlif turnirlərin keçirilməsinə və futbolda sabitliyin təmin olunmasına təsiri, bu istiqamətdə Azərbaycanda həyata keçirilən tədbirlər ətraflı müzakirə edilib.

Xəbər 412 dəfə oxundu.