İdman gimnastikası üzrə Avropa çempionatı azarkeşsiz keçiriləcək
Bu il İsveçrədə keçiriləcək idman gimnastikası üzrə Avropa çempionatı tamaşaçısız keçiriləcək.

Bu barədə “Avropa Gimnastikası”nın mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, yerli Təşkilat Komitəsinin rəhbəri Katrin Amaker bu qərarın idmançıların sağlamlığına görə qəbul edildiyini vurğulayıb: “Tribunaların boş olması, eləcə də, azarkeşlərin mübarizəni yalnız evdən izləyə biləcəkləri üçün kədərləndik. Ancaq sağlamlıq hər şeydən vacibdir”.

Turnir Bazeldə aprelin 21-25-də təşkil ediləcək. Satılmış biletlər üçün bütün pullar geri qaytarılacaq.

Xəbər 439 dəfə oxundu.