Millimizin Tovuzda təlim-məşq toplanışı başlayıb
Fevralın 9-da Tovzuda, “Turan Tovuz” Futbol Akademiyasında 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı başlayıb.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, toplanışdan bir gün əvvəl futbolçular və məşqçi heyəti COVID-19 testindən keçiblər.

Fevralın 19-dək davam edəcək hazırlıq prosesində Elgün Bayramov (“Səbail”), Kamran Şəbiyev (“Sabah”), Rza Cəfərov (“Neftçi”), Uğur İbrahimov (“Zirə”), Rəşad Həsənov (“Keşlə”), Raqif Abuşov (“Sabah”), Sərvin İsmayılov (“Sumqayıt”), Nihad Həsənzadə (“Keşlə”), Mirəli Əhmədov (“Neftçi”), Rəhim Cəfərli, Elşən Məmmədov (hər ikisi “Zirə”), Məhəmməd Tağıyev (“Keşlə”), Mahmud Ağayev (“Zirə”), Aşqın Abazərov (“Neftçi”), Rüstəm Hümbətov (“Sumqayıt”), Musa Musazadə (“Qarabağ”), Vüsal Əliyev (“Zirə”), Vüsal Qənbərov (“Keşlə”), Xəyal Əliyev (“Səbail”), Tamerlan Burcəliyev (“Zirə”), Kamal Kazımov (“Kasımpaşa, Türkiyə), Məhəmməd Səfərov (“Zirə”), Mirmövsüm Canıyev (“Qarabağ”), Əşrəf Zeynallı (“Sabah”), Ümüd Həmzəyev (“Zirə”) və Nəriman Axundzadə (“Qarabağ”) iştirak edirlər.

Xəbər 406 dəfə oxundu.