“Atletiko Madrid” - “Çelsi” görüşü İspaniyada keçirilməyəcək
UEFA Çempionlar Liqasında səkkizdəbir finalda “Atletiko Madrid” - “Çelsi” görüşünün İspaniyada deyil, Polşanın paytaxtı Varşavada keçirilməsi barədə razılıq əldə edilib.

Bu barədə tezliklə rəsmi açıqlama ediləcək.

Qeyd edək ki, İngiltərə və İspaniyada mövcud karantin qaydalarına əsasən, hər iki ölkə bir-birinə gediş-gəlişi müvəqqəti dayandırıb. Həmçinin bir gün əvvəl də “Leyptsiq” - “Liverpul” oyununun keçiriləcəyi yer dəyişdirilərək Macarıstanın paytaxtı Budapeşt şəhərinə təyin edilib.

Xəbər 403 dəfə oxundu.