Millimizin Qətər yığması ilə keçirəcəyi səfər matçının yeri məlum olub
Futbol üzrə Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsində Qətərlə keçirəcəyi səfər matçının yeri məlum olub.

Yığmamız “A” qrupunda müsabiqədən kənar çıxış edən Qətər seçməsi ilə Avstriyada üz-üzə gələcək. Matç martın 27-də baş tutacaq.

Qeyd edək ki, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov dünya çempionatının seçmə mərhələsi barədə danışarkən Qətərlə matçı İngiltərənin paytaxtı Londonda təşkil etmək istədiklərini bildirmişdi. London variantının alınmamasının səbəbi Böyük Britaniyada koronavirusun yeni növünün aşkarlanması və qısa müddətdə geniş yayılmasıdır.

Xəbər 400 dəfə oxundu.