“Səbail” Bahadur Həziyev ilə yollarını ayırıb
Bakının “Səbail” klubu futbolçusu Bahadur Həziyev ilə yollarını ayırıb.

Futbolçu klub ilə müqaviləsinin vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə edib.

İyirmi iki yaşlı yarımmüdafiəçiyə azad agent statusu verilib.

Klub oyunçuya təşəkkür edib və gələcək karyerasında ona uğurlar arzulayıb.

Xəbər 376 dəfə oxundu.