Ukrayna millisinin sabiq üzvü karyerasını Azərbaycanda davam etdirə bilər
Ukrayna millisinin sabiq üzvü Yevgeni Xaçeridi karyerasını Azərbaycanda davam etdirə bilər.

34 yaşlı müdafiəçinin agentləri ona yeni klub axtarırlar. Ən çox ehtimal olunan variant kimi Azərbaycan və Qazaxıstan komandaları göstərilib. Xaçeridinin təmsilçiləri diqqətlərini məhz bu iki ölkəyə yönəldiblər. Çünki o, maaş səbəbindən Ukrayna Premyer Liqasındakı klublardan cavab ala bilməyib.

Qeyd edək ki, son olaraq Belarusun “Dinamo” (Brest) klubunda oynayan Y.Xaçeridi 51 dəfə Ukrayna yığmasının formasını geyinib. O, 2018-ci ildə "Qarabağ" klubunun təklifini geri çevirib.

Xəbər 378 dəfə oxundu.