Şahmatçımız Rauf Məmmədov “La ville d`Orsay” turnirində səkkizinci yeri tutub
Fransanın Orsay şəhər merinin təşkilatçılığı ilə keçirilmiş “La ville d`Orsay” onlayn şahmat turnirinin qalibləri müəyyənləşib.

294 şahmatçının mübarizəyə qoşulduğu yarışda Azərbaycan şahmatçıları da iştirak ediblər. Şahmatçılarımızdan ən yaxşı nəticəni Rauf Məmmədov (8,5 xal, 8-ci yer) göstərib. Şəhriyar Məmmədyarov 7,5 xalla 26-cı yeri tutub. Onunla eyni xalı yığan Fransada yaşayan həmyerlimiz və turnirin təşkilatçılarından biri olan Namiq Quliyev isə 29-cu pillədə qərarlaşıb.

Yarışın qalibi 11 turdan 10 xal toplayan Gürcüstan təmsilçisi Baadur Jobava olub.

Xəbər 395 dəfə oxundu.