Zlatan İbrahimoviç karyerasında 500-cü qolunu vurub
Futbol üzrə İtaliya A Seriyasının 22-ci turunda “Milan” öz meydanında “Krotone” komandasını 4:0 hesabı ilə məğlub edib.

Bu oyun “Milan” komandasının futbolçusu Zlatan İbrahimoviç üçün əlamətdar olub. Belə ki, isveçli ulduz klub karyerasında 500-cü qoluna imza atıb. Qırx yaşlı forvard 31-ci dəqiqədə fərqlənib.

Qeyd edək ki, Zlatan İbrahimoviç “Milan”dan başqa, “Malmö” (18), “Ayaks” (48), “Yuventus” (26) və “İnter” (66), “Paris Sen-Jermen” (156), “Mançester Yunayted” (29) və ABŞ-ın “Los-Anceles Qelaksi” (53) klublarının da formasını geyinib.

Xəbər 392 dəfə oxundu.