“Neftçi”nin hələ ki, bəxti gətirir
“Neftçi” (Azərbaycan) Bu gün Çempionlar Liqasında III mərhələnin püşkatması keçirilib. İdman.com.az saytının məlumatına görə, Azərbaycanın turnirdəki yeganə təmsilçisi olan “Neftçi”nin püşkdə bəxtinin gətirdiyi demək olar. Hər halda, potensial rəqibləri arasında “Jilina” (Slovakiya) - “Hapoel” (Kiryat, İsrail) cütünün qalibini ən münasib saymalıyıq.

İlk oyunda evdə 1:0 hesabı ilə qalib gələn slovakiyalılar mərhələ keçməyə daha şanslıdır. Hər halda, onları səfər matçında istənilən heç-heçə, hətta qol vurmaq şərti ilə minimal fərqli məğlubiyyət də qane edəcək. Özü də ilk oyunda 3:0 hesabı ilə qalib gəlməklə, cütün taleyini demək olar həll edən “Neftçi”nin növbəti mərhələdə ilk oyununu səfərdə keçirməyi xeyrinə olmalıdır.

Çempionlar

1. “Maribor” (Sloveniya) - “Jelezniçar” (Bosniya və Herseqovina) cütünün qalibi - BATE (Belarus) - “Vardar” (Makedoniya) cütünün qalibi
2. ÇFR (Rumıniya) - “Slovan” (Çex Resp.) - “Şaxtyor” (Qazaxıstan) cütünün qalibi
3. “Anderlext” (Belçika) - “Şemrok Rovers” (İrlandiya) - “Ekranas” (Litva) cütünün qalibi
4. “Buduçnost” (Çernoqoriya) - “Şlask” (Polşa) cütünün qalibi - TNS (Uels) - “Helsinqborq” (İsveç) cütünün qalibi
5. “Skenderbeu” (Albaniya) – “Debretsen” (Macarıstan) cütünün qalibi - “Dudelanj” (Lüksemburq) - “Zalsburq” (Avstriya) cütünün qalibi
6. “Uliss” (Ermənistan) - “Şerif” (Moldova) cütünün qalibi - “Ludoqorets” (Bolqarıstan) - “Dinamo” (Xorvatiya) cütünün qalibi
7. “Seltik” (Şotlandiya) - HİK (Finlandiya) - “Reykyavik” (İslandiya) cütünün qalibi
8. “Molde” (Norveç) - “Ventspils” (Latviya) cütünün qalibi - “Flora” (Estoniya) - “Bazel” (İsveçrə) cütünün qalibi
9. “Jilina” (Slovakiya) - “Hapoel” (Kiryat, İsrail) cütünün qalibi - “Neftçi” (Azərbaycan) - “Zestafoni” (Gürcüstan) cütünün qalibi
10. “Valletta” (Malta) - “Partizan” (Serbiya) cütünün qalibi - AEL (Kipr) - “Linfild” (Şimali İrlandiya) cütünün qalibi

Qeyri-çempionlar

1. “Dinamo” (Ukrayna) - “Feyenoord” (Niderland)
2. “Fənərbağça” (Türkiyə) “Vasluy” (Rumıniya)
3. “Mozervell” (Şotlandiya) - “Panatinaikos” (Yunanıstan)
4. “Kopenhagen” (Danimarka) - “Brügge” (Belçika)

Qeyd edək ki, III mərhələdə ilk oyunlar iyulun 31-də, cavab oyunları 1 həftə sonra keçiriləcək.


Xəbər 1181 dəfə oxundu.