Voleybolçumuz onilliyin ən yaxşıları siyahısında yer alıb
Onilliyin ən yaxşı voleybolçularının siyahısı açıqlanıb.

100 ən yaxşının yer aldığı cədvələ həm kişi, həm qadın, həm də çimərlik voleybolu üzrə idmançılar daxil edilib. Siyahıdakı yeganə voleybolçumuz Polina Rəhimovadır.

Zəngin karyerası ərzində bir sıra klublarda çıxış etmiş hücumçu komanda uğurları ilə yanaşı, fərdi rekordları ilə də dünyanın diqqət mərkəzində olub. Bütün bunlar onun 100 ən yaxşı sırasına düşməsində rol oynayıb.

Xəbər 428 dəfə oxundu.