Azərbaycan kuboku: “Keşlə” yarımfinala vəsiqə qazanıb
Fevralın 7-də futbol üzrə Azərbaycan kubokunun dörddəbir final mərhələsinin üçüncü cavab qarşılaşması keçirilib.

Günün birinci matçında “Kəpəz” öz meydanında region təmsilçisi “Keşlə” klubunu qəbul edib. Gəncə şəhər stadionunda baş tutan görüşdə paytaxt təmsilçisi meydan sahiblərini iki cavabsız qolla üstələyib. Qonaqların qollarını Rəhman Hacıyev (58) və Anatole Abanq (90) vurub.

Beləliklə, birinci oyunda minimal hesabla uduzan "Kəpəz" doğma meydanda da qalib gələ bilməyərək ölkə kuboku uğrunda mübarizəni dayandırıb.

Ötən gün keçirilən oyunlarda isə “Qarabağ” və “Sumqayıt” klubları yarımfinala vəsiqə qazanıblar. Gün ərzində keçiriləcək digər matçda isə “Zirə” “Neftçi”ni qəbul edəcək.

Xəbər 388 dəfə oxundu.