“İdman Sağlam Həyatdır” adlı onlayn görüş keçirilib
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə gənclərlə “İdman Sağlam Həyatdır” adlı onlayn görüş keçirilib.

Görüşdə İctimai Birliyin sədri Miraqil Seyidzadə, “Azərbaycan İdmançıları” İctimai Birliyinin baş katibi Fərhad Acalov və Dünya Birinciliyi mükafatçısı, Yunan-Roma güləşi üzrə gənclərdən ibarət yığma komandanın baş məşqçisi Nurəddin Rəcəbov iştirak edib. Görüş zamanı Nurəddin Rəcəbov gəncləri maraqlandıran sualları cavablandırıb.

Xəbər 477 dəfə oxundu.