Teymur Rəcəbov “Champions Chess Tour” seriyasının üçüncü mərhələsində mübarizəyə başlayır
Fevralın 6-da start götürəcək “Champions Chess Tour” onlayn şahmat seriyasının üçüncü mərhələsində Azərbaycan şahmatçısı Teymur Rəcəbov beş oyun keçirəcək.

“Opera Euro Rapid” adlanan turnirin birinci turunda şahmatçımız Almaniya təmsilçisi Matias Blubaum ilə qarşılaşacaq. İlk qarşılaşma Bakı vaxtı ilə 20:00-da başlayacaq.

Qeyd edək ki, böyük maraqla gözlənilən Teymur Rəcəbov - Levon Aronyan qarşılaşması fevralın 8-də 15-ci turun oyunları çərçivəsində baş tutacaq. Üç gün davam edəcək qrup mərhələsində gündə beş tur oynanılacaq. Turnirin mükafat fondu 100 min ABŞ dolları təşkil edir.

“Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir və 2021-ci ilin sentyabrına qədər davam edəcək.

Xəbər 389 dəfə oxundu.