Millimizin üzvü "İstanbulspor" klubu ilə müqavilə imzalayıb
İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Muhammed Mustafa Yıldırım yeni kluba keçib.

"Alanyaspor"da çıxış edən 18 yaşlı hücumçu PTT 1-ci liqasında 2-ci pillədə olan "İstanbulspor"la 4,5 illik müqavilə imzalayıb. Bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, gənc futbolçu ötən ildən U-21 millimizə dəvət alır.

Xəbər 382 dəfə oxundu.