Bu il Avstraliya açıq tennis turnirində yan xətt hakimlərindən istifadə olunmayacaq
Bu il Avstraliya açıq tennis turnirində yan xətt hakimlərindən istifadə olunmayacaq. Onları səs yazılarından ibarət xüsusi texnologiya əvəz edəcək.

Bu, “Böyük dəbilqə” seriyalı turnirlərdə ilk belə hal kimi tarixə düşəcək. Xüsusi sistem sayəsində arxa xətt hakimlərinin “Aut”, “Fut fol” və “Fol” çağırışlarını məhz bu texnologiya səsləndirəcək. Epizoda nəzarəti isə xüsusi kameralar həyata keçirəcək. Maraqlıdır ki, xüsusi aparatlara həkimlər, xilasedicilər, yanğın söndürənlər və koronavirusla mübarizə aparanların səsi yazılacaq.

Xatırladaq ki, yan xətt hakimlərinin artıq olması ideyası ilə ilk dəfə Novak Cokoviç çıxış edib. ABŞ açıq tennis turnirində topla arxa xətdə qərarlaşan hakimə zərbə endirən N.Cokoviç diskvalikasiya olunduqdan sonra məsələyə münasibət bildirərkən onlara ehtiyac olmadığını bildirmişdi. Bu texnologiyadan digər “Böyük dəbilqə” seriyalı turnirlərdə istifadə olunub-olunmayacağı haqda heç bir məlumat yoxdur. Amma o dəqiqdir ki, heç bir texnologiyadan istifadə olunmayan “Rolan Qarros” turnirinə bu yenilik şamil edilməyəcək.

Xəbər 472 dəfə oxundu.