Dünya Şotokan Federasiyasının Azərbaycan nümayəndəliyinin növbəti yığıncağı keçirilib
Dünya Şotokan Federasiyasının (WSF) Azərbaycan nümayəndəliyinin növbəti yığıncağı keçirilib.

İclasda respublikanın bir sıra bölgələrindən təmsilçilər iştirak ediblər.

WSF-nin vitse-prezidenti Yaşar Bəşirov 2020-ci ildə pandemiya səbəbindən baş tutmayan yarışlar barədə məlumat verib.

İclasda 2021-ci ildə nəzərdə tutulan yarış və tədbirlərlə bağlı müzakirələr aparılıb. Qeyd edilib ki, WSF-nin dünya kubokunun bu ilin mayında Naxçıvanda, Avropa çempionatının isə oktyabrda Bakıda təşkili planlaşdırılır. Ölkəmizdə kütləvi idman tədbirlərinin təşkilinə icazə veriləcəyi təqdirdə, bu nüfuzlu yarışların baş tutacağı bildirilib.

Qeyd edək ki, Dünya Şotokan Federasiyasına 196 ölkə üzvdür.

Xəbər 389 dəfə oxundu.