Məhəmməd Salah Afrikada son on ilin ən yaxşı futbolçusu seçilib
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Afrikada son on ilin ən yaxşı futbolçularının adlarını açıqlayıb.

İngiltərənin “Liverpul” klubunun və Misir millisinin futbolçusu Məhəmməd Salah birinci yerə layiq görülüb. Onun seneqallı komanda yoldaşı Sadio Mane ikinci, “Mançester Siti”də çıxış edən Əlcəzair yığmasının üzvü Riyad Mahrez isə üçüncü olublar.

M.Salah Misir millisinin heyətində keçirdiyi 68 oyunda 43 qol vurub.

Xəbər 381 dəfə oxundu.